ELMAR HÜSEYNOVUN ÖLÜMÜNÜN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

Dünən (23 fevral) Elmar Hüseynovun 5-ci ildönümü ilə bağlı bir qrup KİV təmsilçisi və media qurumlarının rəhbərləri toplantı keçiriblər.

Nəcəf Nəcəfov Fondunun təsisçisi Mehman Əliyev, Media Hüququ İnstitutunun (MHİ) sədri Rəşid Hacılı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli, Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, media ekspertləri Qulu Məhərrəmli və Zeynal Məhərrəmlinin iştirak etdiyi tədbirdə martın 1-dən etibarən ölkədə söz azadlığının vəziyyəti və Elmar Hüseynovla bağlı ongünlük silsilə tədbirlər keçirilməsi qərara alınıb. İlk olaraq, martın 1-də bu mövzuda Dəyirmi Masa keçirilməsi nəzərdə tutulub. Bu səbəblə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı martın 2-nə təyin olunmuş Dəyirmi Masa isə təxirə salınıb.
Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Previous Post

MİLLƏT VƏKİLİ JURNALİSTLƏRİN HƏBS OLUNMASINDA İSRARLIDIR

Next Post

DÜZƏLİŞ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.