Bakı şəhəri Nizami rayonunun icra hakimiyyəti “Yeni Müsavat” qəzetinin bu rayonun ərazisində yerləşən redaksiyasının fəaliyyət göstərməsinə maneçilik törədir.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib. Onun sözlərinə görə artıq 3 gündür ki, redaksiyaya su verilməsi dayandırılıb. “2 gün (8 avqust) öncə isə redaksiyanın yerləşdiyi binanın kanalizasiya xəttini ekskavatorla qazıb çıxarmaq istəyirdilər. Bu isə redaksiyaya giriş-çıxışı mümkünsüz etdiyindən, redaksiya əməkdaşları buna mane oldular. Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyəti və Mənzil-kommunal Təsərrüfatı Birliyi ilə apardığımız danışıqlar nəticəsində onlar suyun müvəqqəti verilməsinə razılıq versələr də, hələ də su gəlmir. Həmçinin bildirdilər ki, binanın sahibi kanalizasiya xəttindəki problemi aradan qaldırmazsa, qazıntı işlərinə başlanılacaq” – deyən R.Arifoğlu bu məsələdə hakimiyyətin rolu olduğuna inanmadığını vurğuladı. “Müxtəlif vaxtlarda Nizami rayon icra hakimiyyəti ilə bağlı qəzetimizdə tənqidi materiallar dərc etmişik. Ona görə də bu məsələnin rayon rəhbərliyinin “özfəaliyyəti” nəticəsində problemə çevrildiyi qənaətindəyik” – deyə baş redaktor qeyd etdi.
Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin ictimai-siyasi şöbəsinin əməkdaşı Rəna Rəsulova bununla bağlı icra başçısının birinci müavini Ərrəhman Həsənovla əlaqə saxlamağımızı məsləhət görsə də, müavin telefonlarımıza cavab vermədi.