İCRA BAŞÇISI BAŞ REDAKTORU HƏBS ETDİRMƏK İSTƏYİR

Bu gün (1 avqust) Yasamal rayon məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə  Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılovun “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148–ci (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə hazırlıq iclası baş tutmadı.

Belə ki, xüsusi ittihamçının prosesə qatılmadığı üçün hakim X. Tağıyev hazırlıq iclasını 7 avqust saat 11:00-a təyin edib.
Habil Vəliyev RATİ-yə bildirib ki, bir neçə gün öncə Yasamal rayon Məhkəməsi Laçın rayon icra başçısının iddiasına əsasən mülki qaydada  qəzetin 20 000 manat  cərimələnməsi  barədə qərar verib və bu qərardan apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi məhkəməyə verib. Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148–ci (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında Yasamal rayon məhkəməsinə müraciət edən icra başçısı, baş redaktorun cinayət məsuliyyətinə cəlb edilməsini və həbs olunmasını istəyir. İddiaya 2011-ci ildən başlayaraq “Gündəlik Bakı” qəzetində Ramiz Cəbrayılovun fəaliyyəti ilə bağlı yazılan silsilə məqalələr səbəb olub.
İddia təmin olunarsa, baş redaktoru iki ilədək müddətə islah işləri və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Previous Post

GƏNCLƏR TƏHSİL PROBLEMİ İLƏ BAĞLI DİNLƏMƏ KEÇİRİB

Next Post

MƏHKƏMƏ JURNALİSTİN İDDİASINI İCRAATA QƏBUL ETMƏK İSTƏMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.