MƏHKƏMƏ JURNALİSTİN İDDİASINI İCRAATA QƏBUL ETMƏK İSTƏMİR

Avqustun 1-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Qurban Abbasovun sədrliyi ilə jurnalist Elmin Bədəlovun Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələri sırasına bərpa olunmaqla bağlı iddiası üzrə növbəti hazırlıq iclası keçirilib.

İddiaçının nümayəndəsi Fariz Namazlı bildirib ki, Elmin Bədəlov Akademiyaya bərpa olunmaqla bağlı 2011-ci ilin sentyabrında  müraciət etsə də, onun bu müraciəti təmin olunmayıb.
Hakim isə həmin müraciətlə bağlı həmin il noyabrın 3-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıldığını və 16 noyabr 2011-ci il tarixli qərarla həmin iddianın təmin edilmədiyini bildirib. O həmçinin həmin qərarı əldə etmək və iddianın icraata qəbul edilib edilməməsi ilə bağlı qərar qəbul etmək üçün prosesi 2 avqust saat 15:00-a təxirə salıb.
  Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir.
Previous Post

İCRA BAŞÇISI BAŞ REDAKTORU HƏBS ETDİRMƏK İSTƏYİR

Next Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ İCRAÇILAR İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.