İCRA BAŞÇISI JURNALİSTLƏRİ SÜRÜYÜB MƏHV EDƏCƏYİ İLƏ HƏDƏLƏYİB

Mayın 12-də saat 11.00-dan 12.30-dək Ermənistan Silahlı Qüvvələri  Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndini avtomat və iri çaplı silahlardan  intensiv atəşə məruz qoyublar. Milli ordunun cavab atəşindən sonra düşmən atəşi dayandırıb. İtki olmayıb. Bu haqda məlumatı RATİ-nin müxbirlərinə Sədərək rayon sakinləri bildiriblər.

Həmin gün RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasov və Həkimeldostu Mehdiyev hadisəni ətraflı öyrənmək üçün Sədərək kəndində olublar. Onlara  atışma zamanı mərmi dəymiş evə baş çəkiblər yerli əhali ilə söhbətləşiblər.

Habelə baş verənlərlə münasibət öyrənmək üçün müxbirlər Sədərək Rayon  İcra Hakimiyyətinin Başçısı Abasqulu Abbasovla telefon vasitəsi ilə əlaqə saxlayıblar. İcra başçısı məsələyə aydınlıq gətirmək əvəzinə jurnalistləri hədələyib. “Sizə kim icazə verib ki, oraya gəlmisiniz, heç kim atəş açmayıb. Onu deyənlər yalan deyir. İndi mən özüm gəlirəm oraya. Sizi sürüyüb məhv edəcəm, Sədərəyi sağ tərk edə bilməyəcəksiniz. Bu dəqiqə polis göndərirəm”,  – deyə rayon icra hakimiyyətinin başçısı jurnalistləri hədələyib.

 

Previous Post

MƏHKƏMƏ İCRAÇILARI “XURAL” QƏZETİNİN ƏMLAKINI DA SİYAHIYA ALDILAR

Next Post

FOTOQRAF ABBAS ATİLAY İLƏ MÜSAHİBƏ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.