ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ İCRAÇILAR İFADƏ VERİB

 “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

 Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Nərimanov rayon İcra şöbəsinin rəisi Kamal Əliyev və şöbənin əməkdaşı Müşfiq Əlirzayev şahid qismində ifadə verib.
Kamal Əliyev Əvəz Zeynallı ilə bağlı icraya yönəldilmiş 4 məhkəmə qərarının olduğunu bildirdi və əlavə etdi ki, həmin qərarlardan bəzisi təkzib verməklə, digərləri isə təzminat ödəməklə bağlı idi. Şöbə rəisi bununla bağlı əvəz Zeynallıya dəfələrlə xəbərdarlıq etdiklərinə baxmayaraq, baş redaktorun qəqrarları icra etməkdən boyun qaçırdığını bildirib.
Müşfiq Əlirzayev də məhkəmə qərarlarının baş redaktor tərəfindən icra olunmadığını bildirib.
Əvəz Zeynallı isə əksər təzminatları ödədiyini, digərlərinə isə maddi imkanlarının çatmadığını bildirib. Təkzib məsələsinə gəldikdə isə, Zeynallı Ağabəy Əsgərovla bağlı məhkəmə qərarını icra etdiyini, digərlərinə isə təkziblərin mətninin razılaşdırılması ilə bağlı dəfələrlə müraciət etsə də, onlar tərəfindən hər hansı addım atılmadığını bildirib.
Proses zamanı hər iki şahid daha çox ümumi sözlərdən istifadə edərək əksər suallara “bilmirəm”, “yadımdan çıxıb” deməklə cavab veriblər.
İş vaxtının bitməsi ilə bağlı hakim prosesi təxirə salıb və vaxtla bağlı tərəflərə məlumat verəcəyini bildirib.  
Xatırladaq ki Əvəvz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham edilir.
 
Previous Post

MƏHKƏMƏ JURNALİSTİN İDDİASINI İCRAATA QƏBUL ETMƏK İSTƏMİR

Next Post

ELANLAR!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.