“Əsasən beynəlxalq məsələlərə, söz və mətbuat azadlığı, demokratikləşmə kimi mövzulara toxunan karikaturaçı əksər mükafatlarını xarici ölkələrdə təşkil olunan müsabiqələrdə qazanıb”, – deyə Kazımov bildirdi.
Media Mərkəzinin rəhbəri Gülnarə Axundova isə, tədbirdəki çıxışında karikatura sərgisini təşkil etməkdə məqsədlərini açıqladı. “Təəssüf ki, Azərbaycanda karikaturaçılıq mətbuatın bir hissəsi deyil. Biz sərgini keçirməklə redaktorların diqqətinin karikaturaçılığa yönəltməyə çalışırıq. Çünki dünyada karikaturaçılıq medianın ayrılmaz hissəsi kimi qəbul olunur”, – deyə o, vurğuladı.
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Kis Bin də çıxışında siyasi karikaturaçılığın əhəmiyyətindən danışdı. “Bir şəkil min sözə dəyər. Bu dəfələrlə söylənmiş atalar sözü siyasi karikaturanın gücünü nümayiş edir”, – deyə o, bildirdi.
Sonda siyasi karikaturaçı Seyran Cəfərli sərginin təşkil etdikləri üçün Media Mərkəzinə təşəkkür edərək, tədbirə qatılan hər kəsə də minnətdarlığını bildirdi.