SABİQ ƏMƏKDAŞININ AZTV-YƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (27 oktyabr) Səbail rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə  Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sabiq redaktoru Asəf Quliyevin adı çəkilən televiziyaya qarşı qaldırdığı  iddia üzrə  məhkəmə prosesi iddianın   təmin olunmamağı ilə yekunlaşdı.

Prosesdən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən iddiaçı Asəf Quliyev  və onun vəkili Fariz Namazlı hakimin bu qərarından Apelyyasiya Məhkəməsinə apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti bu il iyulun 31-də müqavilə müddəti başa çatandan sonra Asəf Quliyevlə yeni müqavilə bağlamayıb. A. Quliyev  şirkət  rəhbərliyinin işdən çıxarılmağı ilə  bağlı əmrinin ləğvini, müddətsiz müqavilə bağlanılması şərti ilə AzTV-də redaktor vəzifəsinə təyin edilməsini, işi buraxdığı  müddətin əməkhaqqının  və kompensasiya ödənməsini tələb edir.
Previous Post

SİYASİ KARİKATURALARIN SƏRGİSİ KEÇİRİLİB

Next Post

JURNALİSTLƏR ACLIQ AKSİYASINI DAVAM ETDİRİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.