MÜHACİRƏTDƏKİ JURNALİST ONA QARŞI TƏZYİQLƏRİN DAVAM ETDİYİNİ BİLDİRİR

Almaniyada yaşayan azərbaycanlı jurnalist, siyasi mühacir Fəxrəddin Hacıbəyliyə qarşı təzyiqlər edilir. Bu  barədə jurnalistin “Mediaforum” xəbər saytına göndərdiyi məktubda bildirilib.

F. Hacıbəyli məktubda martın 18-də Berlində yaşayan bir qrup azərbaycanlının keçirdiyi  Novruz şənliyində fiziki təzyiqə  məruz qaldığını və bunun nəticəsi olaraq aparılan araşdırmalar səbəbindən ona təzyiqlər göstərildiyini qeyd edib:

“Martın 18-də “Qloria" sarayının önündə Berlindəki “Azərbaycan Evi”nin rəhbəri Tofiq Qarayev mənə yaxınlaşaraq,  2010-cu il aprelin 8-də “Azadlıq” qəzetində çıxan “Diaspora tənliyi” adlı yazısına irad tutduğunu bildirib. Mən ona peşə borcumu yerinə yetirdiyimi deyəndən sonra, o məni təhqiramiz bir ifadə ilə təhqir elədi və məni vurmaq istədi. Bundan sonra ətrafda dayanıb baxan 10 nəfərə yaxın şəxs  məni ölümcül döydülər. Hadisə yerinə polis və təcili yardım gəldi. Polis ancaq Tofiq Qarayevi saxlayıb adını götürdü, qalan şəxslər hadisə yerindən uzaqlaşmışdılar. Təcili yardım məni xəstəxanaya apardı. Rentgen müayinəsindən sonra kəllə-beyin travması, sol qabırğanın sınığı, sifətdə, bədənin müxtəlif yerlərində əzik yerləri diaqnozu qoydular. 5 gün xəstəxanada yatdım. Hazırda güclü başağrıları, başgicəllənməsi və nəfəsalmada çətinliklər var”, – deyə  F. Hacıyev qeyd etdi.

Qeyd edək ki, Fəxrəddin Hacıbəyli  “Yeni Müsavat” qəzetində və “Azadlıq” radiosunda çalışıb. 2004-cü ildə Almaniyaya mühacirət edib.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 7 APREL 2011

Next Post

BƏXTİYAR HACIYEV HAQQINDA DAHA 5 SUTKA MÜDDƏTİNƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.