EKSPERT AZƏRBAYCAN MEDİASI HAQQINDA FİKİRLƏRİNİ BİLDİRİB

Dünən Finlandiyanın Cənubi Qafqazda media məsələləri üzrə eksperti Sala Nazarenko APA-ya eksklüziv müsahibə verib.

Müsahibəsində Nazarenko Cənubi Qafqaz mediasının iqtisadi asılılıq və reklam bazarının olmaması kimi ciddi problemlərinin qaldığını qeyd edib. O, Azərbaycan mediası barədə məsələyə də toxunaraq bildirib ki, Azərbaycanda medianın fəaliyyətinə təsir göstərən əsas amillər korrupsiyanın mövcudluğu, bəzi jurnalistlərin həbsdə olması, mətbuatın anti-erməni əhval-ruhiyyəsində köklənməsi və bəzi müxalifət jurnalistlərinin hakimiyyət mediasına keçididir. Ekspertin sözlərinə görə, bu sahədə bacarıqlı mütəxəssislərin olması, jurnalistlərin həmkarlar təşkilatının mövcudluğu Azərbaycan mediasının müsbət tərəfləri sırasındadır: “MDB məkanında ilk juurnalist həmkarlar təşkilatı məhz Azərbaycanda yaradılıb”.
Ekspert Azərbaycan mediasının hakimiyyətyönlü mətbuat orqanlarında maaşların nisbətən yüksək olmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, jurnalistlərin az maaş aldığı cəmiyyətlərlə müqayisədə bu cür cəmiyyətdə müstəqil mətbuat yaratmaq daha asandır.

Previous Post

JURNALİSTLƏRƏ QARŞI İDDİALARIN ƏKSƏRİYYƏTİ DÖVLƏT MƏMURLARI TƏRƏFİNDƏN QALDIRILIR

Next Post

ZAHİDOV YUBİLEYİNİ MƏHBƏSDƏ QEYD EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.