ZAHİDOV YUBİLEYİNİ MƏHBƏSDƏ QEYD EDİR

1 saylı Bayıl təcridxanasında saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov sabah 45 yaşını həbsxanada qeyd edəcək.

RATİ fevralın 7-də baş redaktora ad günü münasibəti ilə təbrik məktubu göndərib. Məktubda qeyd olunur ki, RATİ-nin kollektivi Zahidovun tezliklə azadlığa çıxacağına və jurnalist kimi fəaliyyətini davam etdirəcəyinə ümid edir.
Q.Zahidov xuliqanlıq və bədənə az xəsarət yetirməkdə ittiham olunaraq həbs edilib. Hal-hazırda onun məhkəməsi davam edir.
Qənimət Zahidov 1963-cü il fevral ayının 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. Ailəlidir, 4 övladı var.

Previous Post

EKSPERT AZƏRBAYCAN MEDİASI HAQQINDA FİKİRLƏRİNİ BİLDİRİB

Next Post

MİRZƏ SAKİT MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.