EYNULLA FƏTULLAYEV HƏMKARLARINI TƏBRİK EDİB

Dünən (7 sentyabr) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.
Emin Fətullayev bildirdi ki, baş redaktor 8 sentyabr  Jurnalistlərin Həmrəylik Günü münasibəti ilə  həmkarlarını təbrik edərək,  “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə, habelə “Media forum” saytına hədiyyə göndərib.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq, 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

ELAN!

Next Post

QƏNİMƏT ZAHİDİN SƏHHƏTİNDƏ CİDDİ PROBLEM YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.