QƏNİMƏT ZAHİDİN SƏHHƏTİNDƏ CİDDİ PROBLEM YARANIB

 “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (Zahidov) revmatizm ağrıları kəskinləşib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) dünən  (7 sentyabr) 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı ilə görüşən Ayəndə Mürsəliyeva məlumat verib.

Baş redaktorun ayağındakı ağrılardan əziyyət çəkdiyini, lakin   saxlanma şəraitindən şikayət etmədiyini deyən A.Mürsəliyeva bildirib ki, Q.Zahid bununla bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etməyi mənasız hesab edir:
“Qənimət düşünür ki, bu heç bir nəticə verməyəcək. O, keçən qışda ağrıları güclənəndə həkimə müraciət etdiyini, həkimin ona qarşı məsuliyyətsiz münasibətini xatırladaraq, eyni vəziyyətin təkrar olunacağını güman edir” – deyən A. Mürsəliyeva jurnalistin  səhhətindəki problemlərə baxmayaraq oruc tutduğunu bildirdi.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

EYNULLA FƏTULLAYEV HƏMKARLARINI TƏBRİK EDİB

Next Post

“FREEDOM HOUSE” AZƏRBAYCANI TƏNQİD EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.