EYNULLA FƏTULLAYEV ƏFV OLUNACAĞINA İNANMIR

Dünən (4 mart) “İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi” nin sədri Elçin Behbudov 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə baş çəkib.

Komitə sədrinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, baş redaktorun səhhəti normaldır və saxlanılma şəraitindən, ona qarşı olan münasibətdən heç-bir şikayəti yoxdur. Eynulla Fətullayev xarici dövlətlərdən, onu müdafiə edən beynəlxalq təşkilatlardan çoxlu sayda dəstək məktubları alır. E. Behbudovun sonda onu da bildirib ki, Eynulla Fətullayev jurnalistlərin Novruz bayramı ərəfəsində əfv olunacağına inanmır və Avropa məhkəməsinin qərarını gözləyir.
     Bu gün isə (5 mart) Eynulla Fətullayevlə atası Emin Fətullayev görüşüb. Emin Fətullayev də baş redaktora dəstək məktublarının gəldiyini vurğulayıb. Onun sözlərinə görə, bu məktublar arasında İngiltərənin “Cambridge” universitetindən, “Kings” kollecindən, “Reyqeyt” məktəbinin  tələbə və müəllim kollektivindən, müxtəlif gənclər təşkilatlarından, ictimai və din xadimlərindən, hətta Zimbambvedən də gəlmiş məktublar var.
     Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

“GÜNDƏLİK BAKI” NIN VƏSATƏTİ TƏMİN OLUNMADI

Next Post

YENİ REGİONAL TELEKANAL FƏALİYYƏTƏ BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.