EYNULLA FƏTULLAYEVDƏN 819 MANAT DANIŞIQ BORCU İSTƏNİLİR

 “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevdən tutularaq 819 manat 10 qəpik məbləğində pulun “Azercell Telecom” MMC Birgə Müəssisəsinə ödənilməsi ilə bağlı baş redaktorun evinə Yasamal rayon məhkəməsindən əmr məktubu göndərib. çıxarıb.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən baş redaktorun atası Emin Fətullayev bildirib ki, bu barədə yaşadıqları ünvana sentyabrın 12-də Yasamal Rayon məhkəməsinin hakimi Raqib Qurbanovun imzası ilə daxil olan məktubda hakim 819 manat 10 qəpik məbləğində pulun Eynulla Fətullayevdən “Azercell Telecom”un  xeyrinə tutulmasını əmr edib.  
Emin Fətullayev RATİ-yə onu da bildirdi ki, azadlıqda olarkən istifadə etdiyi telefon nömrəsinin borcunun Eynulla Fətullayevdən indi – həbsdə olarkən istənilməsi absurd qərardır.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq, 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

“NOTA” QƏZETİ İLƏ DAXİLİ QOŞUNLAR KOMANDANLIĞI ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Next Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ APPELYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.