Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsindən “Media forum” xəbər saytına deyiblər ki, baş redaktor başqa bir məhbusla mübahisə etdiyinə görə oktyabrın 11-də 5 gün müddətinə karserə salınmaqla cəzalandırılıb. Şöbə əməkdaşının verdiyi məlumata görə, daxili nizam-intizam qaydalarını pozduğuna görə digər məhbus da cəzalandırılıb: “İstənilən halda məhkumun məhkumla mübahisə etməsi yolverilməzdir. Mübahisə etdiklərinə görə Eynulla Fətullayevə 5 gün, digər məhkuma isə 15 gün karser cəzası verilib”. E.Fətullayevin oktyabrın 16-da karsdan çıxacağını deyən şöbə əməkdaşı ona 15 oktyabr prezident seçkisində iştirak etmək üçün şərait yaradılacağını da bildirib: “Penitensiar Xidmətin bütün müəssisələrində seçki məntəqəsi fəaliyyət göstərir. Həmin gün iş başında olan əməkdaşlarımız, eyni zamanda səsvermə hüququ olan məhkumlar səsvermədə iştirak edirlər. Seçki məntəqəsinin səyyar qutusu da var ki, həmin qutu vasitəsilə həm müəssisənin sanitar hissəsində, həm də karserdə olan məhkumlar səsvermədə işitrak edə bilirlər”.
E.Fətullayevin vəkili İsaxan Aşurov mətbuata açıqlamasında bildirib ki, baş redaktorla eyni vaxtda karserə salınmış məhbus dəfələrlə E.Fətullayevə qarşı təxribatçı hərəkətlər edib. Vəkil bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib.
Qeyd edək ki, məhbusluğu dövründə E.Fətullayev ikinci dəfədir karserə salınır. Bu il aprelin 10-dan 20-nə kimi karserdə yatan baş redaktor o zaman da daxili nizam-intizam qaydalarını pozmaqda təqsirli bilinmişdi.