Bu barədə məlumatı RATİ-yə İ.Rəhimovoun özü verib. Jurnalist Rüstəmov və İbrahimov barədə sisilə yazıların müəllifi olduğunu da qeyd etdi: “Yazılarım “Hüriyyət” və “Reallıq” qəzetlərində dərc olunub. Son günlər isə “Gəncədə prezidentə qarşı təxribat”, “Gəncədə Heydər Əliyev parkı məhv edilir”, “Gəncə ziyalıları prezidentdən kömək istəyir”, “Şəhərin baş memarı Məmməd İbrahimov etirazları coşdurmaqdadır”, “Müharibə veteranına qarşı haqsızlıq”, “Gəncədə Sahib Rüstəmov problemi” başlıqlı məqalələr yazmışam.
İ.Rəhimovun sözlərinə görə, bu yazılara görə S.Rüstəmov və M.İbrahimov ona hədə-qorxu gəlir: ”Onlar məni yazılardan çəkindirmək istəyirlər. Mənə onlar tərəfindən anonim zənglər gəlir və məni həbs etməklə hədələyirlər. Baş verənlərlə bağlı Gəncə şəhər Polis İdarəsinə, Daxili İşlər Nazirliyinə, Gəncə şəhər Prokurorluğuna müraciət etmişəm. Prokurorluqdan Rüstəmova xəbərdarlıq etsələr də, bu günə kimi Gəncə şəhər Polis İdarəsindən heç bir xəbər yoxdur. Rüstəmov və İbrahimov polisə məndən şikayət ediblər ki, güya mən yazdığım yazılara görə məmurlardan rüşvət istəmişəm. Hətta bildiyimə görə, bir neçə məmuru öyrədib üzümə durmağlarını da planlaşdırıblar. Lakin heç bir məmur buna razılaşmayıb. Ancaq bu kimi hadisələrdən heç də sığortalanmamışam. Gəncə şəhər Polis İdarəsinin baş müstəntiqi İlqar Qəmbərov isə mənə bildirdi ki, şikayət əsasında barəmdə cinayət işi var və istintaqa başlanıb. Hazırda da Rüstəmov tərəfindən hədə qorxular davam etməkdədir, yenə də mənə gizli nömrələrdən zəng gəlir və məni təhqir edirlər”.
İ.Rəhimov hesab edir ki, ümumiyyətlə məmurlar onu Gəncədən uzaqlaşdırmaq və həbs etdirmək istəyirlər.