MİRZƏ SAKİT GƏNC BLOQÇULARA HƏSR OLUNMUŞ ŞEİRLƏRİNDƏN İBARƏT DİSKİN TƏQDİMATINI KEÇİRİB

Bu gün (24 iyul)  Norveç İnsan Haqları Evinin mətbuat mərkəzində satirik yazar Mirzə Sakitin gənc bloqçular – “Alumni Network” Gənclər təşkilatının koordinatoru,  AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin həbsinə həsr olunmuş şeirlərindən ibarət diskinin təqdimat mərasimi keçirildi.

Satirik yazar Mirzə Sakit (Sakit Zahidov)  çıxışında bildirdi ki, diskdə gənc bloqçulara həsr olunmuş satirik şeirlər yer alıb. “Bu diski hazırlamaqda və təqdim etməkdə məqsədimiz onlara mənəvi dəstək olmaq və ictimaiyyətə gənclərin həbslərinin əsil səbəblərini çatdırmaqdır. Bu şeirləri həmçinin kitab şəklində də çap etdirmək niyyətindəyəm” – deyən M.Sakit vurğuladı ki, bu mövzuya  həsr olunmuş şeirlərdən ibarət ikinci disk də buraxmaq fikrindədir.
Daha sonra çıxış edən  ABŞ səfirliyinin nümayəndəsi Dmitri Doroxovski, Azərbaycanda Gənclərin Müdafiə Hərəkatının üzvü Ramin Hacılı, media nümayəndələri –  Seymur Baycan, Xalid Bahadır Azərbaycandakı söz azadlığının məhdudlaşdırılması və bu sahədə gənclərə olan təzyiqləri maarifçiliyin tənəzzülü kimi qiymətləndirərək, yaranmış vəziyyətin daxili və xarici siyasət sahəsində Azərbaycan barədə mənfi rəy formalaşa biləcəyini vurğuladılar.
Previous Post

MÜŞFİQ HÜSEYNOVUN HƏBSİNDƏN İKİ İL ÖTÜR

Next Post

EYNULLA FƏTULLAYEV ALİ MƏHKƏMƏNİN PLENUMUNA MÜRACİƏTDƏN İMTİNA EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.