EYNULLA FƏTULLAYEV BARAK OBAMAYA TƏŞƏKKÜR MƏKTUBU YAZIB

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obamaya təşəkkür məktubu yazıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən baş redaktorun atası Emin Fətullayevin sözlərinə görə, məktub   3 May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə ABŞ prezidenti Barak Obamanın bəyanatı ilə bağlı yazılıb. Baş redaktor məktubda qeyd edib ki, hazırda Azərbaycanda 4 jurnalist həbsdədir və bu bəyanat onları ruhlandırıb.  “Bəyanatınız bizi ruhlandırıb və demokratik dəyərlər uğrunda mübarizədə inamımızı daha da  möhkəmləndirib” – deyə Eynulla Fətullayev ABŞ prezidentinə yazdığı təşəkkür məktubunda vurğulayıb.   
Qeyd edək ki, 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə bəyanatına Barak Obama jurnalistlərin dünyanın bir çox ölkələrində, təqiblərə, senzuraya və inzibati həbslərə məruz qaldığını bildirib və qeyd edib ki, belə hallar Azərbaycandan tutmuş Zumbabveyə qədər bütün ölkələrdə yaşanmaqdadır.
 Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

EMİN HÜSEYNOVUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNLƏNİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.