EMİN HÜSEYNOVUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNLƏNİLDİ

Bu gün (13 may) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi RPİ-nin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçının səlahiyyətli nümayəndəsi – “Media Hüququ İnstitutu” nun vəkili Elçin Sadıqov, cavabdeh tərəflərdən isə Nəsimi RPİ-nin 22-ci polis bölməsinin vəkili Məzahir Şahbarov iştirak edirdi. DİN-in nümayəndəsi isə prosesdə iştirak etmirdi.
Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi şahidlər Nəsimi rayon 22-ci polis bölməsinin rəis müavini Azər Kərimov, 22-ci polis bölməsinin sahə müvəkkili Ağəddin Məmmədov və 22-ci polis bölməsinin sahə müvəkkili Zamir Kazımov məhkəməyə ifadə verdilər. Qeyd edək ki, şahidlərin ifadələrində ziddiyyətlər meydana çıxdı və cavabdeh tərəfin vəkili şahidlərə yönləndirici suallar verirdi. Hakim İ.Şirinov növbəti məhkəmə prosesini 21 may saat 11.00-a təyin etdi.
Xatırladaq ki, E .Hüseynov 14 iyun 2008-ci il tarixində “Alaturka” restoranında  “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən E. Hüseynov 20 gündən artıq xəstəxanada müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
 
Previous Post

PƏRVİZ ƏZİMOV NORVEÇ SƏFİRLİYİNDƏ OLUB

Next Post

EYNULLA FƏTULLAYEV BARAK OBAMAYA TƏŞƏKKÜR MƏKTUBU YAZIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.