EYNULLA FƏTULLAYEV KÜRDƏXANI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

 “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev saxlanıldığı 1 saylı cəzaçəkmə müəssisəsindən  Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə bu gün (15 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkilləri Rəşid Hacılı, Anar Qasımov və Elçin Sadıqov məlumat veriblər.

Rəşid Hacılı  Eynulla Fətullayevlə görüşdüyünü və baş redaktorun səhhətindən və saxlanma şəraitindən şikayət etmədiyini bildirdi.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

Previous Post

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ RƏİSİNİN JURNALİST VƏ VƏKİLƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 15 APREL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.