BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ RƏİSİNİN JURNALİST VƏ VƏKİLƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Aprelin 15-də Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə xüsusi ittihamçı Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq  Abbasovun “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində xüsusi ittiham qaydasında qaldırdığı şikayət təmin edilmədi.

Belə ki, hakim Elçin  Qurbanov xüsusi ittiham qaydasında şikayət verən şəxsin üzrlü səbəb göstərmədən prosesdə iştirak etməməsini və xüsusi ittihamçının vəkilinin qanunla müəyyən edilmiş sənədi olan etibarnamənin  mövcud olmadığını əsas gətirərək, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar elan etdi.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov  “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında bir müddət əvvəl Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2 ci  (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
 

Previous Post

GƏNC FƏAL CABBAR SAVALANLININ MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB

Next Post

EYNULLA FƏTULLAYEV KÜRDƏXANI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.