“Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev, hüquq müdafiəçisi Çingiz Qənizadənin Azərbaycana siyasi məruzəçinin təyin olunmasına ehtiyac olmadığı barədə dedikləri ilə razılaşmır.
Bu sözləri baş redaktor, atası Emin Fətullayevlə görüşündə bildirib. İşçi qrupunun hazırki fəaliyyətini qənaətbəxş hesab etməyən Eynulla Fətullayev, Azərbaycana siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsinin vacibliyini də bildirib.
Eynulla Fətullayevin dediklərinə siyasi məhbus məsələsi üzrə işçi qrupunun üzvü, hüquq müdafiəçisi Ç. Qənizadə öz münasibətini bildirib. O, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) açıqlamasında, baş redaktorun söylədiklərini ciddi qəbul etmədiyini və işçi qrupunun fəaliyyət göstərdiyi halda hər hansı bir həmməruzəçinin təyin edilməsinə heç bir ehtiyac olmadığını bildirib.