JURNALİSTİN “QEYDİYYATA” ALINMASI BARƏDƏ POLİSƏ TAPŞIRIQ VERİLİB

Fevral ayının 17-də “Yeni Müsavat” qəzetinin əməkdaşı Mustafa Hacıbəyli Binəqədi Rayon Polis İdarəsinə (RPİ) çağırılıb və səbəbi izah edilmədən şəxsiyyət vəsiqəsinin surəti çıxarılaraq götürülüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü verib. Onun sözlərinə görə polis idarəsində olarkən, Binəqədi RPİ-nin əməkdaşı, polis leytenantı Ramil Əliyev bildirib ki,  M. Hacıbəylini qeydiyyata almaq üçün onlara tapşırıq verilib.
Məsələ ilə bağlı Binəqədi RPİ-i ilə əlaqə saxlasaq da, idarədən RATİ-ə faktla bağlı heç bir məlumatın olmadığı cavabı verildi. Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə də əlaqə saxlanıldı. DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov RATİ-yə bu olaydan xəbərsiz olduğunu bildirdi.
Previous Post

EYNULLA FƏTULLAYEV İŞÇİ QRUPUNUN FƏALİYYƏTİNDƏN NARAZIDIR

Next Post

“GÜNDƏLİK BAKI” NIN MƏHKƏMƏSİ BU DƏFƏ DƏ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.