ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Dünən (23 avqust) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində  saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.

“Eynulla “Tolışi-Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümündən kədərləndiyini və onun ailəsinə başsağlığı verməyimi xahiş etdi” – deyə Emin Fətullayev bildirdi.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq, 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

ELAN!

Next Post

HİKMƏT HACIZADƏNİN MÜSTƏNTİQƏ QARŞI İDDİASI İCRAATA GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.