HİKMƏT HACIZADƏNİN MÜSTƏNTİQƏ QARŞI İDDİASI İCRAATA GÖTÜRÜLDÜ

Bu gün (24 avqust) Səbail rayon Məhkəməsində  hakim  Kəmalə  Əmirxanovanın sədrliyi ilə OL Gənclər təşkilatının koordinatorlarından biri, Adnan Hacızadənin atası Hikmət Hacızadənin şəxsi və ailə həyatına hörmət hüququnun pozulması  ilə bağlı Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Fəxrəddin oğlu Əliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

 Prosesdə  Hikmət Hacızadə və vəkili İsaxan Aşurov iştirak edirdilər. Cavabdeh tərəfdən heç bir nümayəndə iştirak etmirdi.
     H.Hacızadə  istintaqın qurtarması ilə əlaqədar olaraq cavabdehin üzərinə vəzifə məsuliyyətinin qoyulması hissəsindən imtina etməsinin nəzərə alınması, oğlu ilə dərhal görüş verilməsi  və dəyən mənəvi ziyana görə cavabdehin 880 (səkkiz yüz səksən) manat ödəməsi barədə iddia ərizəsinə əlavələrini hakimə təqdim etdi.
     Hakim K.Əmirxanova növbəti prosesi 4 sentyabr saat 10:00-a təyin etdi.
     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Bakı İstintaq Təcridxanasında saxlanılan gənclərə valideynləri ilə görüş verilməyib.
Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

GƏNC BLOQÇULARA QALDIRILMIŞ CİNAYƏT İŞİ ÜZRƏ İBTİDAİ İSTİNTAQ YEKUNLAŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.