VƏKİLİ VƏ ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Dünən (22 iyul) Milli Mətbuat Günü ilə əlaqədar olaraq vəkil İsaxan Aşurov həbsdə olan jurnalist, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu haqda RATİ-yə vəkilin özü məlumat verib.
         Onun sözlərinə görə, həbsdə olan baş redaktoru bayram münasibətilə təbrik edib. Yeri gəlmişkən, İ. Aşurov  jurnalistə Nyu-York, Los-Anceles, Texas, Vaşinqton şəhərlərindən, habelə Pensilvaniya ştatından da təbrik açıqcalarının göndərildiyini də deyib.
         Bu gün (23 iyul) isə baş redaktorla atası Emin Fətullayev görüşüb. Görüş haqqında RATİ-yə məlumat verən E. Fətullayev bildirib ki, Eynullaya ABŞ-ın ayrı-ayrı ştatlarından 1000-dən çox açıqca gəlib: “Saxlandığı yerdən və səhhətindən heç bir şikayəti yoxdur. O, jurnalist həmkarlarını 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik etdi”.

Previous Post

“SÖZ AZADLIĞI MÜDAFİƏ KOMİTƏSİ” TƏDBİR KEÇİRİB

Next Post

AQİL XƏLİLLƏ BAĞLI TELEKANALLARDA NÜMAYİŞ ETDİRİLƏN VİDEO SÜJETƏ MƏHKƏMƏDƏ BAXIŞ KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.