VƏKİLİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Fevralın 20-də Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Sadıqov məlumat verib. O Eynulla Fətullayevin saxlanma şəraitindən narazı olmadığını və səhhətinin normal olduğunu bildirib.
E. Sadıqov əlavə etdi ki, dəfələrlə vəsat vermələrinə baxmayaraq Fətullayevin narkotik istifadəçisi olub-olmaması ilə bağlı keçirilmiş ekspertizanın nəticələrini əldə edə bilmədiklərini qeyd edib. O həmçinin Bakı Şəhər Prokurorluğunun Eynulla Fətullayevlə bağlı yaydığı məlumattın həqiqətə uyğun olmadığını və buna görə məhkəməyə müraciət edəcəklərini bildirib.
Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
    Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

POLİS ETİRAZ AKSİYASI KEÇİRMƏYƏ MANE OLUB

Next Post

DAK IRAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASİ KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.