POLİS ETİRAZ AKSİYASI KEÇİRMƏYƏ MANE OLUB

Bu gün (22 fevral) Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bur qrup üzvü İran İslam Respublikasının Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirdilər. Piketdə  təxminən 30 nəfər içtirak edib.

Aksiyaçılar iki gün əvvəl (20 fevral) İranda – Azərbaycanın Təbrizdəki  konsulluğunun qarşısında Azərbaycan bayrağının yandırılmasına etiraz edərək, İran hakimiyyətinin ünvanına sərt şüarlar səsləndirdilər. Tədbir iştirakçıları aksiyanın bəyanatını oxumaqa cəht etsələr də polis buna mane oldu. Polislər DAK gənlər təşlilatının sədri Samir Turan və onun müavi Fuad Abdulrəhmanovu saxlayıblar.
S.Turan Reportyorların Aazadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, Səbail rayon 9-cu polis bölməsində izahat alındıqdan sonra onları sərbəst buraxıblar.
Qeyd edək ki, aksiyanın təşkilatçıları piketə icazə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müracuiət etsələr də, qurumdan onlara cavab verilməyib.
 
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,431/lang,az/
Video: www.irfs.az
 
Previous Post

QHT ƏDLİYYƏ NAZİRLİYİNİ AVROPA MƏHKƏMƏSİNƏ VERDİ

Next Post

VƏKİLİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.