EYNULLA FƏTULLAYEVİN İŞİ ATRIQ AVROPA MƏHKƏMƏSİNDƏDİR

“Gündəlik Azərbaycan” və ”Realnıy Azərbaydjan” qəzetlərinin hazırda həbsdə olan baş redaktoru Eynulla Fətullayevin hüquqlarının pozulması ilə bağlı göndərdiyi şikayət ərizəsi Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olub.

“Bakı Xəbər” qəzetinin “Olaylar” İnformasiya Agentliyinə istinadən verdiyi  məlumata görə, bu sözləri Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəmsindəki hakimi Xanlar Hacıyev  jurnalistlərlə söhbətində bildirib. Amma Hacıyev işə nə vaxt baxılacağı ilə bağlı yaranmış sualı cavablandıra bilməyib. O, bildirib ki, bu işə məhkəmənin qrafikinə uyğun baxılacaq.
Baş redaktorun vəkili İsaxan Aşurov RATİ-nin əməkdaşı ilə telefon söhbətində Hacıyevin açıqlamasının doğru olduğunu bildirdi: ”Eynulla Fətullayevin işi ilə əlaqədar ilkin rəyini və etirazını bildirmək üçün Azərbaycan hökumətə 2009-cu il yanvar ayının 16-a qədər  vaxt verilib”.
Previous Post

“ÜÇ NÖQTƏ” QƏZETİ SABAHDAN DƏRC OLUNACAQ

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏHKƏMƏSİ QAPALI KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.