Bu gün (12 dekabr) Yasamal rayon Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə 21 saylı orta məktəbin təlim-tədris işləri üzrə direktor müavini Zöhrə Yusubovanın “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirildi.
Hazırlıq iclasında iddiaçı tərəfin nümayəndəsi qismində vəkil Bakıxan Yusifov iştirak edirdi. Cavabdeh tərəf qismində isə iclasda "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev və baş redaktorun birinci müavini Üzeyir Cəfərov iştirak edirdilər.
Prosesdə çıxış edən Ü.Cəfərov qeyd etdi ki, 21 saylı orta məktəbin direktor müavini Z.Yusubova Mətbuat Şurasına məktub göndərib və həmin məktubda “Gündəlik Bakı” qəzetinin əməkdaşları təhqir edilib. Bu məsələyə görə, “Gündəlik Bakı”- nın iddiaçı olduğunu qeyd edən Ü.Cəfərov qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etdi.
Amma hakim iddia ərizəsinin Ü.Cəfərov tərəfindən imzalanmasını əsas gətirərək şikayəti qəbul etmədi. O, fikrini onunla əsaslandırdı ki, Ü.Cəfərov “Gündəlik Bakı” qəzetini etibarnamə ilə təmsil etsə də, ona verilmiş etibarnamə Mülkü Prosessual Məcəllənin (MPM) 74-cü bəndinə uyğun tərtib olunmayıb. Bundan sonra Ü.Cəfərov hakimin qeyd etdiyi iradların aradan qaldırılması üçün məhkəməyə hazırlıq iclasının təxirə salınması ilə bağlı vəsatət qaldırdı. Amma hakim Məmmədov qaldırılmış bu vəsatəti də rədd etdi.
Daha sonra hakim məhkəmə prosesini dekabr ayının 25-i saat 15:00-a qədər təxirə saldı. Onu da əlavə edək ki, bu proses qapalı keçiriləcək.
Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı " qəzetinin 07 noyabr 2008-ci il tarixli, 203 (274) saylı buraxılışında "5-ci sinif şagirdi zorlandı " başlığı altında dərc edilmiş məqalədir. Məqalədə 21 saylı məktəbdə 5-ci sinif şagirdinin zorlandığı və məktəb rəhbərliyinin bu faktı gizlətməsindən bəhs olunub. 21 saylı orta məktəbin təlim-tədris işləri üzrə direktor müavini Z. Yusubova isə sözügedən məqaləni şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuza xələl gətirən yazı hesab edərək məhkəməyə müraciət edib. İddiaçı "Gündəlik Bakı" qəzetinin istehsalına və yayımına xitam verilməsi, həmçinin qəzet redaksiyasının 10 min AZN, yazı müəllifinin isə 15 min AZN cərimələnməsini tələb edir.