QƏNİMƏT ZAHİDOVUN ƏLYAZMALARININ GERİ ALINMASI ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİLƏCƏYİ GÖZLƏNİLİR

Dünən (22 iyun) ailəsi 17 saylı Cəzaçəkmə Müəssisəsində  cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovla görüşüb.

Bu haqda RATİ-yə məlumat verən baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyevanın sözlərinə görə, onun saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur.
Mürsəliyeva baş redaktorun İstintaq Təcridxanasında yazdığı əlyazmalarla bağlı hələ ki, heç bir məlumatın olmadığını da dedi.  “Vəkil Rəşid Hacılının Bayıl İstintaq Təcridxanasının rəisinə ünvanladığı müraciətə cavab gəlib. İndi də onun Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən  ünvanladığı müraciətin cavabını gözləyirik.  Əgər əlyazmalar yenə də qaytarılmazsa biz məhkəməyə müraciət edəcəyik”, – deyə o, əlavə etdi.
Xatırladaq ki, Azərbaycanın müasir tarixindən bəhs edən kitabın əlyazmalarını Bayıl İstintaq Təcridxanasının  rəisi Misir Əliyev oxumaq adı ilə müəllifdən alıb. Daha sonra isə o, əlyazmaları geri qaytarmayaraq kitabın Heydər Əliyev və İlham Əliyevin əleyhinə yazıldığını iddia edib və əlyazmaların Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası  Baş İdarəsinə verdiyini söyləmişdi. Vəkil R. Hacılının M. Əliyevə göndərdiyi məktuba gələn cavab məktubunda isə qeyd olunmuşdur ki, “Qənimət Zahidin əlyazmaları Penitensiar Xidmətin rəhbərliyinə verilib. Bunun üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət edin”.

Previous Post

EYNULLA FƏTULLAYEVİN VALİDEYNLƏRİ ONUNLA GÖRÜŞÜBLƏR

Next Post

MİRZƏ SAKİTİN HƏBSİNDƏN İKİ İL ÖTÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.