KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İMİTASİYASI

Bu gün Media Mərkəzində jurnalist Kamal Əlinin “Korrupsiyaya qarşı mübarizə yoxsa imitasiya” məqaləsinin müzakirəsi keçirilib.

Tədbir Reportyorların Azadlıq və Təhlükəsizlik institutunun, “Yeni Nəsil” Jurnalistlər Birliyinin və Media Mərkəzinin birgə layihəsi çərçivəsində baş tutub.  Məqalə “RİA-Novosti” xəbərlər agentliyinin saytında yerləşdirilib.

Müəllif korrupsiya faktlarının üzə çıxarılmasında ailə üzvlərinin üzləşdiyi faktların  kömək etdiyini deyib. Kamal Əli yaxın qohumlarının işi ilə əlaqədar müraciət etdiyi rəsmi qurumların fəaliyyətinə toxunaraq Miqrasiya xidmətində, Daşınmaz Əmlakın Dövlət Reyestri idarəsində rüşvət faktı ilə rastlaşmadığını qeyd edib. Amma dövlət yol polisi xidməti sistemində rüşvətin qaldığını, yol hərəkəti qaydasını pozduğuna görə 100 manat rüşvət verdiyini deyib. Övladları pasport almaq istədikdə 10 manat rüşvət verilməsi tələbi ilə üzləşdiyini bildirib.

Qaxda isə daha maraqlı hadisə baş verib. Belə ki, qoyunları oğurlanan fermer şikayət edib. Polislər kəndə gələrək ayrı-ayrı sakinlərin həyətindən  1-2 qoyun aparıblar. Vətəndaşlar səbəbini soruşanda polislər bunun “fermerin qoyunları”nı qaytarmaqla bağlı olduğunu deyiblər.

Eyni zamanda müəllif sosial müdafiə, kommunal xidmət sistemində rüşvətin qüvvədə qaldığını, üstəlik “korrupsiyaya qarşı mübarizə imitasiyası”na qədərki dövrdən qat-qat üstün olduğunu söyləyib. Faktlarla bağlı DİN-ə, DYPX-yə məlumat verəndə bu qurumlar rüşvət faktını inkar ediblər.

Yazar məhz bu faktlardan çıxış edərək hakimiyyətin korrupsiyaya qarşı mübarizəsini imitasiya adlandırıb, rüşvətin yenə də açıq müstəviyə çıxdığını deyib. Kamal Əli cəmiyyətin  bütünlükdə rüşvətə qarşı ciddi mübarizə aparmadıqca bu bəlanın aradan  qalxmayacağını nəzərə çatdırıb.

 

 

Previous Post

KORRUPSİYAYA QARŞI YARIMÇIQ MÜBARİZƏ RÜŞVƏTİN HƏCMİNİ ARTIRIB

Next Post

“XURAL” QƏZETİNİN NOYABRIN 1-DƏN SONRA DƏRC OLUNACAĞI GÖZLƏNİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.