TANINMIŞ NORVEÇLİ JURNALİST ERLİNQ BORGEN JURNALİSTLƏR ÜÇÜN TƏLİM KEÇİB

Dünən (04 may) Norveç İnsan Haqları Evində norveçli jurnalist və rejissor Erlinq Borgen jurnalistlər üçün “master klass” keçib. Borgen indiyə qədər lentə aldığı  sənədli filmlərdən parçalar nümayiş etdirərək, həmin filmlərin tarixçəsi, filmin mahiyyəti barədə məlumatlar verib. O jurnalist fəaliyyəti barədə geniş danışaraq, fəaliyyətində rəhbər tutduğu prinsiplər, iş qaydaları, araşdırma jurnalistikasının mahiyyəti və s. məsələlər barədə danışıb.

Nümayiş  etdirilən filmlər arasında bilavasitə “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynova və Azərbaycanda söz azadlığına həsr edilmiş “Statoylun kölgəsində” filmi də olub.

Qeyd edək ki, Borgen hazırda “Gündəlik Azərbaycan” və  “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə həsr edilmiş film üzərində çalışır. 

Previous Post

ERLINQ BORGENIN JURNALİSTLƏR ÜÇÜN USTAD DƏRSLƏRİ

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ MƏHKƏMƏYƏ VERİLMƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.