HÜQUQ MÜDAFİƏÇİSİ MƏHKƏMƏYƏ VERİLMƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Bu gün (5 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində hüquq müdafiəçisi Vidadi İsgəndərov barəsində cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında 3 iddia qaldırılması ilə bağlı mətbuat konfransı keçirdi.

O, Göyçay rayon Polis Şöbəsinin rəisi Vüqar Məmmədyarovun, Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin və Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər  üzrə baş inspektoru Bəxtiyar Həşimovun Yasamal rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırılmaları barədə tədbir iştirakçılarına məlumat verdi.

V.İsgəndərov bildirdi ki,  Göyçay rayonunda yaşayan  sahibkar Qüdrət Zülfüqarov rayon polis işçilərinin onun hüquqlarını pozması  ilə bağlı ona müraciət edib və bununla bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində mətbuat konfransı keçirib. “Həmin mətbuat konfransı barədə sonra qəzetlərdə məsələ ilə bağlı yazılar dərc olundu. Bundan sonra isə Göyçay rayonunun hüquq mühafizə orqanları tərəfindən təzyiqlərlə üzləşməyə başladım” – deyən V.İsgəndərov əlavə etdi ki, qaldırılmış iddialara əsasən  həbs edilməsi də istisna deyil.

 
Qeyd edək ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun onlara böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldırıblar.
Previous Post

TANINMIŞ NORVEÇLİ JURNALİST ERLİNQ BORGEN JURNALİSTLƏR ÜÇÜN TƏLİM KEÇİB

Next Post

AVROPA MƏHKƏMƏSİ İCTİMAİ BİRLİYİN ŞİKAYƏTİNİ İCRAATA GÖTÜRÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.