FƏRƏMƏZ NOVRUZOĞLUNUN İŞİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Bu gün (13 iyul) Nizami rayon Məhkəməsində hakim İmran Burcayevin sədrliyi ilə jurnalist Fərəməz Novruzoğlunun (Allahverdiyev) Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu yolu ilə pul tələb etmə) və 182.2-ci (Eyni əməlləri təkrar törədərək qrup şəklində şantaj və hədə-qorxu ilə pul tələb etmə) maddələri ilə ittiham edilməsinə dair məhkəmə prosesi keçirilib.

Prosesdə təqsirləndirilən Fərəməz Novruzoğlu,  dövlət ittihamçısı Əsədulla Ramazanov və dövlət tərəfindən F. Novruzoğluna təmin edilmiş vəkil Sehran Əkbərov iştirak ediblər.
            İlk olaraq çıxış edən F. Novruzoğlu ona qarşı irəli sürülən ittihamlarda özünü  təqsirli hesab etmədiyini bildirib.
            Daha sonra şahidlər – Xəyal Əsgərov, Səbuhi Abdullayev, Tahirə Allahverdiyeva və Elçibəy Fərəməzoğlu  məhkəmə zalına dəvət olunublar. Şahid X. Əsgərov Novruzoğlunu tanımadığını və əvvəllər də heç bir tanışlığa malik olmadığını məhkəməyə bildirib.  S.Abdullayev  jurnalistin beş gün müddətində onun “Lider” adlana internet klubuna gəldiyini və klubun internet xidmətindən istifadə etdiyini bildirdi və əvvəllər onu tanımadığını dedi.  Digər şahidlər Tahirə  Allahverdiyeva və Elçibəy Fərəməzoğlu jurnalistin istintaqından sonra aparılan kompüterin hələ də qaytarılmadığını bildiriblər.
            Hakim İ. Burcayev prosesin 18 iyul saat 14:00-da davam edəcəyini elan edib.
            Xatırladaq ki, 18 aprel 2012-ci ildə jurnalist Fərəməz Novruzoğlu  gecə saatlarında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin  xüsusi əməliyyatı nəticəsində həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu yolu ilə pul tələb etmə) və 182.2-ci (Eyni əməlləri təkrar törədərək qrup şəklində şantaj və hədə-qorxu ilə pul tələb etmə) maddələri ilə ittiham olunur. Cinayət əməli təsdiq olunarsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, F.Novruzoğlu uzun müddət "Xural" qəzetində çalışıb. Sonradan "24 saat", "Noto bene" qəzetlərinin qrucularından olub.  

Previous Post

AZƏRBAYCANDA SƏRBƏST TOPLAŞMAQ AZADLIĞINA DAİR HESABATIN TƏQDİMATI: “OBYEKTİV TV”NİN ÇƏKİLİŞ QRUPU “

Next Post

HİLAL MƏMMƏDOVUN FİZİKİ ZORAKILIĞA MƏRUZ QALMAĞI İLƏ BAĞLI İŞ NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.