Prosesdə təqsirləndirilən Fərəməz Novruzoğlu, dövlət ittihamçısı Əsədulla Ramazanov iştirak etsə də, dövlət tərəfindən F. Novruzoğluna təyin edilmiş vəkil Sehran Əkbərov iştirak etməyib.
F. Novruzoğlu işlə bağlı 3 vəsatətinin olduğunu və vəkilin iştirakı olmadan prosesin davam etməsinə etiraz etmədiyini dedi. Dövlət ittihamçısı Ə. Ramazanov isə bildirdi ki, vəsatətlər vəkilin iştirakı ilə müzakirə edilməlidir. Hakim İ. Burcayev prosesi 9 avqust saat 15:00-a təyin etdi.
Xatırladaq ki, 18 aprel 2012-ci ildə jurnalist Fərəməz Novruzoğlu gecə saatlarında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi əməliyyatı nəticəsində həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham olunur. Cinayət əməli təsdiq olunarsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, F. Novruzoğlu uzun müddət "Xural" qəzetində çalışıb. Sonradan "24 saat", "Noto bene" qəzetlərinin qurucularından olub, “Millətim” qəzetində baş məsləhətçi kimi çalışıb.