HİLAL MƏMMƏDOVUN İSTİNTAQ ZAMANI TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI İDDİA MƏHKƏMƏ TƏRƏFİNDƏN İCRAATA GÖ

İyulun 31-də Nəsimi rayon Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun  "Cinayət prosesini həyata keçirən istintaq orqanının və əməliyyatçıların qanunsuz hərəkətlərindən və qərarlarından (baxış protokolu, tutma protokolu, axtarış qərarı, axtarış ve götürmə protokolu, cəlb qərarı və s.) məhkəmə nəzarəti qaydasında iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, məhkəmə zamanı  müdafiəçilərin –  Yalçın İmanov və Ramiz Məmmədovun rəyi soruşulmadan hakim Xumar Mərdanova şikayətin AR CPM-in 449-cu maddəsinin (cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi) tələblərinə uyğun olmadığını bildirmiş və şikayətin geri qaytarılması ilə bağlı qərar qəbul edəcəyini elan edərək, vəkilləri dinləmədən prosesin bitdiyini bildirib. Vəkillər bu qərardan apellyasiya şikayəti verəcəklərini deyiblər.   
Xatırladaq ki, “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında  Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü  (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Bu maddə ilə Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. Hal-hazırda o Bakı İstintaq Təcridxanasında saxlanılır. İyulun 3-də isə Hilal Məmmədova əlavə ittihamlar (CM-nin 274 (dövlətə xəyanət) və CM-nin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  irəli sürülüb.

Previous Post

FƏRƏMƏZ NOVRUZOĞLUNUN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ DAVAM EDİR

Next Post

RATİ İFADƏ AZADLIĞI İLƏ BAĞLI HESABATINI TƏQDİM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.