YAZDIĞI ŞİKAYƏT ƏRİZƏSİNDƏ QEYD ETDİYİ FİKİRLƏ GÖRƏ HƏBS EDİLƏN NAXÇIVAN SAKİNİNİN AQİBƏTİ BƏLLİ DEYİL

Ailə üzvləri Muxtar Respublika daxili işlər naziri Əhməd Əhmədovun
xüsusi ittihamı əsasında ( http://www.nakhchivan.org.az/content/view/759/28/lang,az/) 1 il 6 ay müddətinə  azadlıqdan məhrum edilən Novruz Əliyevlə  görüşə bilmirlər.

Həbsindən 50 gün  keçməsinə baxmayaraq qohumları onun vəziyyəti barədə heç bir məlumat əldə edə bilməyiblər. Bunu  RATİ-nin Naxçıvan bölgə müxbirinə N. Əliyevin həyat yoldaşı Əliyeva Yasəmən Əsgər qızı bildirib.
“Onunla görüşmək üçün mütəmadi olaraq Ədliyyə Nazirliyinə müraciət etsək də bizə görüş verilmir. Yanvarın 18-də növbəti dəfə Novruzla görüşməyə cəhd etsək də yenidən görüş verilmədi. Dedilər ki, bu gün cəzaçəkmə müəssisəsinə köçürüləcək. Görüşə imkan yaranan kimi özümüz sizə zəng edib xəbər verəcəyik. Amma bu günə qədər bizə zəng edib bir söz deyən olmayıb.  Nazirlikdən onun səhhətinin yaxşı olduğunu dedilər. Amma həyat yoldaşımla görüşməsəm buna inana bilmərəm. O ağır şəkər diabeti xəstəsidir. Bu bizim narahatçılığımızı bir qədər də artırır”, – deyə Y. Əliyeva bildirib.
Xatırladaq ki, Babək rayon Qahab kənd sakini 58 yaşlı Novruz  Əliyev 2008-ci dekabr ayının 3-də Naxçıvan şəhər Məhkəməsində hakim Hicran Muradovun sədrliyi ilə keçirilən məhkəmə prosesində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətinə azadlıqdan məhrum edilib. O, bu cəzaya Muxtar Respublika daxili işlər naziri Ə. Əhmədov barədə Azərbaycan Respublikası prezidenti İlham Əliyev  və daxili işlər naziri Ramil Usubova yazdığı şikayət ərizəsində səsləndirdiyi fikirlərə görə məhkum edilib.
Previous Post

MÜSAVAT PARTIYASI GƏNCLƏR TƏŞKILATININ RADIOSTANSIYALARIN YAYIMININ DAYANDIRILMASINA ETIRAZ AKSIYASI

Next Post

MÜSAHİBƏSİNDƏ SƏSLƏNDİRDİYİ FİKRƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLƏN İCTİMAİ BİRLİK SƏDRİNİN İŞİ İCRAATA GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.