ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Bu gün  (6 noyabr) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib.

Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

RATİ “BƏLƏDİYYƏ SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN MONİTORİNQİ” LAYİHƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI

Next Post

“AZADLIQ” RADİOSU BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.