“AZADLIQ” RADİOSU BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB

“Azadlıq” radiosunun Azərbaycan xidməti siyasi işıqlandırmaya görə, jurnalistikanın ən nüfuzlu  beynəlxalq mükafatına layiq görülüb.

Beynəlxalq Yayım Şirkətləri Birliyi 2009-cu ilin ən yaxşı televiziya və radio verilişlərini hazırlayan media şirkətlərinin adlarını açıqlayıb. Noyabrın 4-də Londonda dünyanın 5 qitəsindən gəlmiş 200-dən çox media liderinin iştirak etdiyi təntənəli mərasimdə “Azadlıq” Radiosu xəbərlərin ən yaxşı işıqlandırılması nominasiyası üzrə beynəlxalq mükafata – AIB MEDIA EXCELLENCE AWARD mükafatına layiq görülüb.
Qeyd edək ki, “Azadlıq” radiosu müsabiqəyə radionun 18 mart referendumu  günü hazırladığı xüsusi xəbəri təqdim etmişdi.
Müsabiqədə “Azadlıq” Radiosu ilə yanaşı BBC World Service, Radio Netherlands, Russia Today, France 24, Radio Canada, Australian Broadcasting Corporation və digər şirkətlər də iştirak ediblər.
Azərbaycan Xidməti “Azadlıq” Radiosunun 60 illik tarixində bu mükafata layiq görülən ilk xidmətdir.

Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

GƏNC BLOQÇULARIN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.