FƏTULLAYEV ŞƏHƏRDƏN KƏNARDA YERLƏŞƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev saxlandığı 1 saylı Bayıl təcridxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu haqda RATİ-yə məlumat verən vəkil İsaxan Aşurov 12 saylı CM-nın Güzdək qəsəbəsində yerləşdiyini də qeyd edib.
    RATİ hesab edir ki, hakimiyyət E.Fətullayevi şəhərdən 35 km uzaqlıqda yerləşən cəzaçəkmə müəssisəsinə köçürməklə jurnalistin ailəsinə əziyyət vermək məqsədi güdür. Xatırladaq ki, bundan əvvəl “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit də şəhərdən xeyli uzaqda yerləşən 14 saylı CM-da  saxlanılır. Bu siyahıya əfv fərmanı imzalandıqdan sonra azadlığa çıxan  “Nota bene” qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev də aid etmək olar.

Previous Post

GƏLƏN HƏFTƏ FƏALİYYƏT PROQRAMI HAZIR OLACAQ

Next Post

MƏHKƏMƏ JURNALİSTİN KASSASİYA ŞİKAYƏTİNİ QİSMƏN TƏMİN ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.