MƏHKƏMƏ JURNALİSTİN KASSASİYA ŞİKAYƏTİNİ QİSMƏN TƏMİN ETDİ

Bu gün Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə “Korrupsiya və Cəmiyyət” jurnalı və jurnalın baş redaktoru Məmməd Əhmədoğlu barədə çıxarılan qərardan verilən kassasiya şikayətinə baxıldı.

İlk olaraq baş redaktorun hüquqlarını müdafiə edən vəkil Rəşid Hacılı çıxış etdi. O öz çıxışında bildirdi ki, “hər hansı bir jurnalist yazı yazıbsa, bu yazıya görə qadağa qoymaq qanuna uyğun deyil. Buna görə də çıxarılan qərarın ləğv edilməsini sizdən xahiş edirəm”. Qarşı tərəfin nümayəndəsi Ələkbərov Namiq isə öz çıxışında vurğuladı ki, Mülki-Prossesual Məcəllənin 158-ci ( iddianın təmin edilməsi üzrə tədbirlər) maddəsində göstərilir ki, cavabdehə müəyyən hərəkətlər etməyi qadağan etmək olar: “Mən hesab edirəm ki, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır”. Hakim tərəfləri dinlədikdən sonra müşavirəyə getdi.
Müşavirədən sonra hakim çıxardığı qərarı élan etdi.  Qərara əsasən,  iş yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərildi.
Xatırladaq ki, Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və Namiq Ələkbərov  “Korrupsiya və Cəmiyyət” jurnalına, jurnalın baş redaktoru Məmməd Əhmədoğluna qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Yasamal rayon məhkəməsinə iddia ərizəsi təqdim edib. İddiaya “Korrupsiya və Cəmiyyət” jurnalının 2007-ci il 9 saylı nömrəsində “Hakim andı və iştahı” və “Nigeriyalı fırıldaqçının Ədliyyə Nazirliyinə qarşı iddiası 1.350.000 ABŞ dolları rüşvəti hesabına necə təmin edildi” başlıqlı məqalə və məqalənin sonunda “ardı gələm sayımızda” yazısı səbəb olmuşdur. Yasamal rayon məhkəməsinin hakimi Xəqani Tağıyev bu iddia üzrə 10 oktyabr 2007-ci il tarixində keçirilən proses zamanı işin mahiyyəti üzrə həll olana qədər iddiaçılar   haqqında materialların nümayiş etdirilməsinin “Korrupsiya və Cəmiyyət” jurnalına və baş redaktoru Məmməd Əhmədoğluna qadağan edilməsi haqqında qərardad çıxarmışdır. Qərardan Apellyasiya şikayəti verilsə də, Apellyasiya məhkəməsi  qərarı qüvvədə saxlamışdı.

Previous Post

FƏTULLAYEV ŞƏHƏRDƏN KƏNARDA YERLƏŞƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Next Post

JURNALİSTİN MÜRACİƏTLƏRİNƏ CAVAB VERİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.