EYNULLA FƏTULLAYEVİN PROKURORLUĞA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə həbsdə olan “Gündəlik Azərbaycan” və ”Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Bakı şəhər Baş Prokurorluğuna qarşı iddiası üzrə  Səbael rayon Məhkəməsinin 04 noyabr 2010-cu ildə  çıxardığı qərardan verdiyi  apellyasiya  şikayətinə baxılıb və hakim şikayəti təmin etməyən qərar verib.

Belə ki, prosesdə Fətullayev və onun  vəkili Elçin Sadıqov, Prokurorluğun nümayəndəsi Ramiz Rzayev, jurnalistlərə və  hüquq müdafiəçiləri iştirak edirdilər.

            Fətullayev çıxışı zamanı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin  təqsirsizlik  prezumpsiyası ilə bağlı bir sıra qərarlara  istinad edib. Onun sözlərinə görə, bu qərarlara əsasən istintaq orqanı ictimaiyyət arasında tanınan şəxslər barəsində cinayət işləri üzrə açıqlama verməlidirlər. Lakin bu açıqlamalar müəyyən hədlərdə və  ehtiyatlı olmalıdır ki, təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası pozulmasın.

            Fətullayev prokurorluğun  onun barəsində yaydığı bəyanatda cinayətkar kimi təqdim edildiyini və mübahisələndirilən ekspertiza rəyinə istinad edildiyini vurğulayaraq şikayətin təmin olunmasını xahiş etdi.

            Prokurorluğun nümayəndəsi Ramiz Rzayev isə yayılan bəyanatda heç kimin bir mənalı şəkildə cinayətkar adlandırılmadığını və bəyanatda hansı cümlənin Fətullayevin təqsirsizlik prezumpsiyasını pozduğunu anlamadıqlarını bildirirərək, şikayətin təmin olunmamasını istədi.

            Hakim müşavirədən sonra şikayətin təmin edilməməsi barədə qərar çıxardı.

Hakim Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun (RATİ) foto və  video çəkiliş aparılması ilə bağlı müraciətini də təmin etməyib.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.  

 

Previous Post

POLİS MİSİR SƏFİRLİYİNİN BİNASININ ŞƏKİLİNİ ÇƏKƏN JURNALİSTİ SAXLAYIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.