POLİS MİSİR SƏFİRLİYİNİN BİNASININ ŞƏKİLİNİ ÇƏKƏN JURNALİSTİ SAXLAYIB

      Misirin Azərbaycandakı səfirliyinin qarşısında  şəkil çəkən zaman polislər “Yeni Müsavat” qəzetinin müxbiri   Elmin Bədəlovu saxlayıblar. Bu barədə bu gün (01 fevral) RATİ-yə Elmin Bədəlovun özü məlumat verib.

  Elmin Bədəlov bildirdi ki, Türkiyədəki Misir Səfirliyinin qarşısında prezident Hüsnü Mübarəkin şəklini yandırıblar, digər ölkələrdəki Misir səfirliyinin qarşısında aksiyalar keçiriblər və o da  Azərbaycanda olan Misir səfirliyinin qarşısında nələrinsə baş verə biləcəyini zənn edərək əraziyə gedib. Amma hər hansı bir hadisə ilə rastlaşmadığı üçün sadəcə səfirlik binasının  şəklini çəkib.

            “Şəkil çəkən zaman polis əməkdaşları məni saxladılar və  məni Nəsimi rayon Polis İdarəsinə gətirdilər. Şəxsiyyət və jurnalist vəsiqəmin surətini çıxardılar. Bölmədə mənə bildirdilər ki, mən səfirliyin şəklini çəkə bilmərəm və bu qadağandır.  Misir səfirliyinin isə şəklini heç çəkə bilmərəm.  Çəkdiyim şəkilləri sildilər və  mənə  bildirdilər ki,  əgər bir də səfirliyin şəklini çəksən səni  pis cəza gözləyir. Səfirliyin şəklini çəkməyin hansı qanunla qadağan edildiyini soruşanda onlar mənə hansısa bir qanun göstərmədilər ” – deyə Elmin Bədəlov bildirdi.

  

 

Previous Post

01 02 2011 GÜNÜN XƏBƏRLƏRİ

Next Post

EYNULLA FƏTULLAYEVİN PROKURORLUĞA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.