XARİCİ RADİOSTANSİYALARLA BAĞLI SON QƏRAR DEKABRIN 27-Ə QƏDƏR VERİLƏCƏK

Milli Televiziya və Radio Şurası (MTRŞ) milli tezliklərdə yayımlanan xarici radiolarla  bağlı son qərarı bu günlərdə verəcək.

Bu barədə RATİ-yə MTRŞ sədrin köməkçisi Toğrul Məmmədov məlumat verdi: ”İclasın vaxtı barədə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli artıq bəyanat verib. İclas dekabr ayının ya 25-də, ya 26-ı, ya da 27-də olacaq”.
Xatırladaq ki, Azərbaycanda üç xarici radiostansiya – “Amerikanın səsi”, “Azadlıq”, “BBC” yayımlanır. Oktyabrın 31-də Milli Teleradio Şurasının sədri Nüşirəvan Məhərrəmli Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyalara verilmiş tezliklərin ilin sonundan geri alınacağını bəyan edib.
Previous Post

Müxalifətin 24.12.2008 tarixinde Konstitutsiya Məhkəməsi qarşısında keçirilmiş piketi

Next Post

AKİF NAĞI PROKURORLUQDA İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.