AKİF NAĞI PROKURORLUQDA İFADƏ VERİB

“Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacıya qarşı fiziki təzyiq göstərmiş “Qarabağ Azadlıq Təşkilatı”nın (QAT) sədri Akif Nağı dünən (23 dekabr) Binəqədi rayon Prokurorluğunda hadisə ilə  bağlı istintaqa ifadə verib.

Bu barədə RATİ-yə A.Nağının özü məlumat verdi:
”Dünən Binəqədi rayon Prokurorluğunda ifadə verdim. İstintaq 163.1 (jurnalistin peşə fəaliyyətinə mane olma ) maddəsi ilə aparılır. Amma müstəntiq İlyas Seyidov bildirdi ki, istintaq  zamanı 163.1  maddə digər maddə ilə əvəzlənə bilər”.
Xatırladaq ki, dekabrın 12-də QAT sədri Akif Nağı bir neçə şəxslə “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum çəkərək qəzetin əməkdaşı Zamin Hacını təhqir etmiş və ona qarşı fiziki zor tətbiq etmişdilər.  Buna səbəb qəzetin 12 dekabr tarixli sayında Z. Hacının müəllif olduğu “iki karın dialoqu” başlıqlı yazıda QAT sədri haqqında tənqidi fikirlərin səslənməsi olub. Qeyd edək ki, hazırda Binəqədi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 163.1 (jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi başlanılıb.
Previous Post

XARİCİ RADİOSTANSİYALARLA BAĞLI SON QƏRAR DEKABRIN 27-Ə QƏDƏR VERİLƏCƏK

Next Post

VƏKİLİ QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.