MƏHKƏMƏ HÜQUQ MÜDAFİƏÇİSİNİN SƏNƏDLƏRİNİN İTİRİLMƏSİ İLƏ BAĞLI YAXIN GÜNLƏRDƏ QƏRAR ÇIXARACAQ

fevral 18th, 2011
 Bu gün (18 fevral) Yasamal rayon Məhkəməsində hakim  Fuad Talışınskinin sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun “Azərekspresspoçt” Rabitə Müəssisəsinə qarşı iddiası üzrə keçirilən məhkəmə  proses davam edib.

 Prosesdə iddiaçının nümayəndəsi Yaşar Ağazadə, cavabdehlər  – Rabitə Müəssisinin hüquq şöbəsinin rəis müavini Səfərov Bəhram və “Türk Hava Yolları” şirkətinin maraqlarını  müdafiə edən vəkil Muxtar Mustafayev iştirak edirdilər.

   Qeyd edək ki, “Türk Hava Yolları” iddiaçı tərəfin vəsatətindən sonra işə cavabdeh kimi cəlb olunub. Belə ki, “Azərekspresspoçt” Rabitə Müəssisəsi iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi 3 məktubda sənədlərin məhz  “Türk Hava Yolları”  şirkətinin təqsirindən itdiyini vurğulamışdı.

            Proses zamanı tərəflər mövqelərini müdafiə edən son çıxışlar ediblər. Hakim tərəfləri dinlədikdən sonra qərarın 21 fevral saat 09.00-da elan ediləcəyini bildirib.

            Xatırladaq ki,  Cəfərov Beynəlxalq Ədalət Körpüsü  təşkilatının 2010-cu il qalibi kimi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi tədbirə sənədlərin poçt tərəfindən itirilməsi nəticəsində qatıla bilməyib. 2010-cu ilin avqust ayında Sinqapurda təşkil edilən tədbirlərə qatılmaq üçün hüquq müdafiəçisi viza almaq məqsədilə müvafiq sənədləri bu ölkənin Cenevrədə yerləşən səfirliyinə göndərib. Lakin “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə göndərilən sənədlər itir