“REPORTYOR İNFORMASİYA AGENTLİYİ”NƏ QARŞI MALİYYƏ SANKSİYASI TƏTBİQ EDİLİB

“Reportyor İnformasiya Agentliyi”nə (RİA) Vergilər Nazirliyi tərəfindən maliyyə sanksiya tətbiq olunub.

Dünən (12 mart) RİA-ya daxil olan məktubda agentliyin Vergi Məclləsinin 23.1.5-ci (qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək) və 57.1-ci maddəsinin (vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir) tələblərinə müvafiq olaraq maliyyə sanksiya tətbiq edildiyi bildirilib. Sanksiyanın səbəbi Reportyor İnformasiya Agentliyinin vaxtı-vaxtında vergilərini ödəməməsi göstərilib.
Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) agentliyin təsisçisi Zülfüqar Xeyirxəbər verib. Onun sözlərinə görə, bu sanksiya tamamilə əsassızdır: ”Çünki agentliyin yaranmasından 9 ay keçir və bu müddət ərzində biz vaxtında internet vasitəsilə öz fəaliyyətimiz barədə Vergilər Nazirliyinə məlumat vermişik”.
Z.Xeyirxəbər bu sanksiyanı azad və müstəqil mətbuata təzyiq kimi qiymətləndirdi .Bu işlə bağlı azad mətbuatı dəstəkləyən insanlardan dəstək gözlədiyini bildirdirən Z.Xeyirxəbər RİA-ya daha əvvəllər də təzyiqlər olduğunu xüsusi vurğuladı.
Məsələ ilə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün Vergilər Nazirliyi Departament ilə əlaqə saxladıq. Ancaq özünü təqdim etməyən departamentin əməkdaşı suallarımızı cavablandırmaqdan imtina etdi.
Previous Post

HƏYAT YOLDAŞI MİRZƏ SAKİTLƏ GÖRÜŞÜB

Next Post

Mətbuat Şurası keçirdiyi monitorinqin ilkin hesabatını açıqladı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.