
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. Zahidova özü məlumat verib: “Mirzə Sakitin vəziyyəti və saxlanma şəraiti normaldır və 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə də heç bir problemi yoxdur”. Həbs müddətinin başa çatmasına 3 ay vaxt qalmış M. Sakitin ittiham olunduğu maddənin amnistiyaya düşdüyünü deyən R. Zahidova həyat yoldaşının həbsdən çıxmasını gözlədiklərini bildirdi. O, həmçinin bildirdi ki, M.Sakitin azadlığa çıxdıqdan sonra da şerlərini və yazılarını “Azadlıq“ qəzetində dərc etdirməyi səbirsizliklə gözləyir.
Xatırladaq ki, M. Sakit 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Hal-hazırda onun həbs müddətinin başa çatmasına 3 ay vaxt qalmışdır.